FATİH TERİMDƏN XORVATİYA AÇIQLAMASI

FATİH TERİMDƏN XORVATİYA AÇIQLAMASI
Futbol
11 İyun 2016 - 19:36
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının final mərhələsinin ilk oyununda Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığmasının baş məşqçisi Fatih Terim açıqlama verib.

Təcrübəli mütəxəssis, UEFA-nın saytına rəqib komandanın 2008-ci illə müqayisədə gücləndiyini bildirib:

"Rəqib 2008-də yaxşı komanda idi. Ancaq indiki futbolçuları daha güclü klublarda çıxış edirlər. "Barselona", "Real Madrid", "İnter", "Yuventus" kimi. Çox ciddi və yaxşı bir komandaya qarşı oynayacağıq. Onlar bu qrupdan çıxa və yaxşı nəticə göstərə bilərlər".

Terim, turnirdə gözləntilərin yüksək olduğunu söyləyib:

"İlk növbədə məqsəd qrupdan çıxmaqdır. İspaniya, Çexiya Respublikası və Xorvatiya kimi komandaların olduğu qrupdan növbəti mərhələyə vəsiqə qazansaq, Türkiyənin daha yaxşı yerlərə gələ biləcəyini düşünürəm".

Digər xəbərlər