"QƏBƏLƏ"DƏ XORVAT FUTBOLÇU

"QƏBƏLƏ"DƏ XORVAT FUTBOLÇU
Futbol
11 İyun 2016 - 19:11
2016-2017-ci illər mövsümünün hazırlıqlarına start verən "Qəbələ" heyətinə yeni futbolçu qatıb. Ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək "qırmızı-qaralar" heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç "Mladost" (Zdralovı) klubunun yetirməsidir. Xorvatiyada "Dinamo" (Zaqreb), "Zadar", Rusiyada isə "Spartak"ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə "Spartak"ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split "Hayduk"unda (2012-2013) da çıxış edib. 2013-cü ildə "Slaven"ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.

Digər xəbərlər