"QƏBƏLƏ"DƏ YENİ MƏŞQÇİ

"QƏBƏLƏ"DƏ YENİ MƏŞQÇİ
Futbol
11 İyun 2016 - 18:03
Supersport.Az-ın məlumatına görə, "Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik edilib.

Ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi olan Ramin Quliyev klubumuzdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərədək akademiyamızın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı mütəxəssis "qırmızı-qaralar"ın məşqçisi təyin olunub.
Bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin "Qəbələ"dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.

"Qəbələ" İdman Klubu Mixaylo Savka və Stepan Matveyevə komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

 

Digər xəbərlər