"QARABAĞ"IN NÖVBƏTİ RƏQİBİ: RUSİYANIN İKİNCİ KOMANDASI

"QARABAĞ"IN NÖVBƏTİ RƏQİBİ: RUSİYANIN İKİNCİ KOMANDASI
Futbol
08 İyun 2016 - 21:26
"Qarabağ" hazırda istirahətdədir.  Yeni mövsümün hazırlıqları üçün iyunun 16-sı toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq. Son 2 ildə olduğu kimi bu dəfə də Azərbaycan çempionu Avstriya- Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək.

Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək "Qarabağ" buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.  Komanda ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi "FC Wacker Innsbruck"la hazırlıq keçəcəyi kompleksin meydançasında qarşılaşacaq.  "Qarabağ"ın ikinci yoxlama qarşılaşması iyunun 28-də Rusiya Premyer Liqasını gümüş mükafatçısı, ölkəsini Çempionlar Liqasında təmsil edəcək "Rostov"la qarşılaşacaq.

Azərbaycan komandasının son 2 hazırlıq qarşılaşaması 1 və 5 iyula planlaşdırılıb.

Digər xəbərlər