"BUNU BACARSAQ, TÜRKİYƏNİ MƏĞLUB EDƏCƏYİK"

"BUNU BACARSAQ, TÜRKİYƏNİ MƏĞLUB EDƏCƏYİK"
Futbol
08 İyun 2016 - 19:51
Supersport.Az-ın məlumatına görə, Avro-2016-da Türkiyənin rəqiblərindən olan Xorvatiya yığmasının əsas silahlarından biri Mario Mancukiç açıqlama verib.

İlk məqsədin qrupdan çıxmaq olduğunu deyən təcrübəli forvard, türklərlə iyunun 12-də qarşılaşmanın çətin keçəcəyini bildirib.

"Oyunlara daha ciddi hazırlaşırıq. Çempionatda hər matç çətindir və yarışa qələbə ilə başlamaq mühümdür. Futbolçularımız daha əzmlə, bütün varlığını sərf edərək, mübarizə aparmalıdır. Bunu bacarsaq, Türkiyə ilə qələbə qazanmaq asan olacaq. Rəqibə hörmətlə yanaşırıq. Türkiyə yığması əla məşqçi və futbolçulara malikdir. Meydanda onlarından ürəkdən oynadığını bilirik".

"Yuventus"da çıxış edən Mancukiç, "Türkiyənin Avr0-2008-də Xorvatiyanı məğlub etdiyi oyun haqda danışırsınızmı" sualını belə cavablandırıb:

"Xeyr. Bu haqda heç danışmadıq. Qarşıdakı yeni oyundur. Buna görə keçmişdə qalan qarşılaşmanı xatırlamağa ehtiyac görmürəm. Artıq çox şey dəyişib, futbolçular da".

30 yaşlı futbolçu, Türkiyənin əvvəlki və indiki durumunun müqayisə olunmasının çox çətin olduğunu vurğulayıb:

"İndiki komandadakı futbolçuların əksəriyyətini yaxşı tanıyıram. Arda Turan ilə eyni komandada oynamışıq. Hər şeydən əvvəl mükəmməl bir insandır. Eyni zamanda möhtəşəm futbolçudur. Topa nəzarət etməyi çox sevir və bu zaman təhlükəli vəziyyətlər yaradır. Arda çox texnikalıdır və ondan topu olmaq çox çətindir. Başqa futbolçulara da bələdəm. Oyuna bir neçə gün qalıb. Məşqçimiz rəqibin oyunu haqda bizi məlumatlandıracaq. Qarşlaşmaya qədər hazır olacağıq".

Xorvat qapıçı Daniyel Subaşiç qələbə qazanacaqlarına inanır:

"İlk matç Parisdə, "Parc des Prince" stadionunda keçiriləcək. Bu stadionda heç vaxt məğlub olmamışam. Ümid edirəm ki, yenə belə olacaq".

Türkiyənin rəsmi oyunlarda uzun müddət məğlubedilməz olduğunu xatırladan qolkiper, çempionatda heç bir komandanı kiçiltmədiklərini söyləyib. Rəqibin kollektiv oyun baxımından güclü təsir bağışladığını deyən Subaşiç, Hakan Çalhanoğlunu fərqləndirib.

Xorvatiya yığmasının üzvlərinin güclü klublarda forma geyindiyinə diqqəti yönəldən qolkiper, qarşılaşma zamanı topa daha çox sahib olmağın vacibliyini qeyd edib.

Digər xəbərlər