AVROPA ÇEMPİONATININ AÇILIŞ MATÇININ HAKİMLƏRİ MÜƏYYƏNLƏŞDİ

AVROPA ÇEMPİONATININ AÇILIŞ MATÇININ HAKİMLƏRİ MÜƏYYƏNLƏŞDİ
Futbol
08 İyun 2016 - 18:03
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının açılış oyununun hakimləri məlum olub.

UEFA iyunun 10-u "A" qrupunda keçiriləcək Fransa - Rumıniya qarşılaşmasını macar referilərə həvalə edib.

Baş hakim Viktor Kassaya György Ring, Vencel Toth kömək edəcək.

13 ildir ki, FİFA referisi olan Kassay, 2010-cu il Dünya Kuboku oyunlarını, həmçinin 2011-də Çempionlar Liqasında "Barselona" - "Mançester Yunayted" finalını idarə edrib.

 

Digər xəbərlər