RÖVNƏQ ABDULLAYEV: "8 KLUB 4 DÖVRƏDƏ ÇIXIŞ EDƏCƏK"

RÖVNƏQ ABDULLAYEV: "8 KLUB 4 DÖVRƏDƏ ÇIXIŞ EDƏCƏK"
Futbol
07 İyun 2016 - 13:20


AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında əsas müzakirələr klubların lisenziyalaşma ilə bağlı problemləri ətrafında gedib. Supersport.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə iclasın ardından keçirdiyi brifinqdə qurumun prezidenti Rövnəq Abdullayev açıqlama verib.

O bildirib ki, həm Premyer Liqa, həm də I Divizion klubları lisenziya tələblərinə tam cavab vermir: "Qərara aldıq ki, iyunun 13-dək PFL və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun. Həmin görüşdən sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, 8 klub 4 dövrədə çıxış edəcək".

Qeyd edək ki, hazırkı vəziyyətdə AFFA 8 kluba – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”a Premyer Liqada oynamaq üçün lisenziya verib.

Digər xəbərlər