AFFA PREMYER LİQA KLUBLARININ SAYINI MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏDİ

AFFA PREMYER LİQA KLUBLARININ SAYINI MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏDİ
Futbol
07 İyun 2016 - 13:00
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:


1. 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcraiyyə Komitəsinin 13 iyun 2016-cı il tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etsin.


2. Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.

Digər xəbərlər