ALMAN MÜTƏXƏSSİS ALMANİYANIN QƏRARINI PİSLƏDİ: "BU, TÜRKİYƏYƏ HAQSIZLIQDIR"

ALMAN MÜTƏXƏSSİS ALMANİYANIN QƏRARINI PİSLƏDİ: "BU, TÜRKİYƏYƏ HAQSIZLIQDIR"
Futbol
05 İyun 2016 - 17:45
Alman bundestaqının qondarma erməni soyqırımını qəbul etməsi dünyanın gündəmini zəbt edib.

Məşhur alman mütəxəssisi Kristof Daumun məlum qərara etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina etdiyi haqda məlumat yayılıb.

Supersport.Az-ın məlumatına görə, "Fənərbağça" və "Beşiktaş"ın keçmiş məşqçisi bu barədə açıqlama verib.

"Mən sosial şəbəkə və mediada Alman vətəndaşlığından imtina etməyimlə bağlı hər hansı açıqlama verməmişəm. Bu, doğru məlumat deyil. Ancaq bildirim ki, Türkiyə ikinci vətənimdir.

Türkiyə əleyhinə hər dəfə fərqli ölkələrin müxtəlif qərarlar qəbul etməsindən sonra vətəndaşlığımdan çıxmağım mümkünsüzdür.

Bununla belə qəti şəkildə bəyan edirəm ki, Alman bundestaqının verdiyi qərarı mən də qəbul etmirəm. Qısası, Türkiyəyə qarşı haqsızlıq edildiyini düşünürəm. Bundestaq bu qərara yenidən baxmalıdır. Türkiyə daxilində erməni məsələsini həll etməyə çalışır".

Digər xəbərlər