ŞƏHRİYAR MƏMMƏDYAROV QALİB OLDU

ŞƏHRİYAR MƏMMƏDYAROV QALİB OLDU
Digər
04 İyun 2016 - 22:35
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" turniri başa çatıb.

Supersport.Az-ın məlumatına görə, həmvətənimiz Şəhriyar Məmmədyarov son turda niderlandlı Aniş Qirini məğlub edərək, xallarının sayını 6-a çatdırıb.

Son turda amerikalı Fabiano Karuana Sergey Karyakinlə (Rusiya) heç-heçə edib.  Beləliklə, Karuana da turniri 6 xalla tamamlayıb. Hər iki şahmatçının xalı eyni olduğundan Məmmədyarovla Karuana arasında tay-brek oyunu keçirilib. Amerikalı rəqibini məğlub edən şahmatçımız turnirin qalibi olub.

Digər şahmatçılarımızdan Rauf Məmmədov 4,5 xalla 5-ci yeri tutub. Teymur Rəcəbovla Eltac Səfərli hərəyə 4 xalla 6-8-ci yerləri bölüşüblər.

Digər xəbərlər