"NEFTÇİ" RUMİNİYA KLUBU İLƏ QARŞILAŞACAQ

"NEFTÇİ" RUMİNİYA KLUBU İLƏ QARŞILAŞACAQ
Futbol
03 İyun 2016 - 11:50



“Neftçi”nin Türkiyə toplanışı çərçivəsində yoxlama görüşü keçirəcəyi rəqiblərdən biri məlum olub. Supersport.Az saytının məlumatına görə, Boluda məskunlaşacaq “ağ-qaralar” Rumıniya klubu “İaşi” ilə üz-üzə gələcəklər. Paytaxt təmsilçisi məşqlərə iyunun 12-də Bakıda start verəcək. 2-3 günlük hazırlıqdan sonra “Neftçi” Türkiyəyə yollanacaq.

Bakı təmsilçisinin “İaşi” ilə yoxlama görüşünün hansı tarixdə keçiriləcəyinə hələ aydınlıq gəlməyib. “Neftçi”dən fərqli, Rumıniya təmsilçisi Boluya bir qədər gec, iyunun 20-də gedəcək.

Qeyd edək ki, “İaşi” Rumıniya çempionatının 2015-2016 mövsümünü 7-ci pillədə başa çatdırıb.

Digər xəbərlər