KOSOVA KLUBLARI AVROKUBOKLARA BURAXILMADI

KOSOVA KLUBLARI AVROKUBOKLARA BURAXILMADI
Futbol
03 İyun 2016 - 11:47


UEFA-ya yeni üzv qəbul olunan Kosova avrokubokların 2016/17 mövsümündə iştirak etməyəcək.

Supersport.Az saytının məlumatına görə, buna səbəb klubların lisenziyalaşmanın tələblərinə cavab verməməsidir.

Belə ki, UEFA-nın İcraiyyə Komitəsi yeni üzvə turnirə qatılmaq hüququ versə də, zəruri tələbləri yerinə yetirilməsini şərt kimi qoymuşdu. Lakin infrastruktur və maliyyə sistemi lisenziyalaşma tələblərinə cavab verməyən kosovolular qitə kuboklarına buraxılmayıblar.

Qeyd edək ki, bu ölkəni Çempionlar Liqasında “Ferronikel”, Avropa Liqasında isə “Priştina” təmsil etməli idi.

Digər xəbərlər