MESSİ MƏHKƏMƏDƏ

MESSİ MƏHKƏMƏDƏ
Futbol
02 İyun 2016 - 19:57
Argentinalı futbolçu Lionel Messi və atası Xorxe Orasio bu gün vergidən yayınma ittihamına görə Barselona məhkəməsində olublar. Hər ikisinin günahkar olduğu sübut olunsa, 22 ayadək həbs cəzasına məhkum oluna bilərlər. Onlar 4,1 milyon avronun vergidən yayınmaqda ittiham olunur. Xorxe və Lionel Messi bütün ittihamları rədd ediblər.

Messi "Forbes" jurnalının siyahısında son onillikdə ən çox qazanan idmançılar arasında 350 milyon dollarla 10-cu yerdə qərarlaşıb.

İttihama görə Messi və atası 2007 və 2009-cu illərdə Uruqvay, Belize, İsveçrə və Böyük Britaniyadakı şirkətlər yolu ilə vergidən yayınıblar.

Qeyd edək ki, Lionel Messi 2000-ci ildən Barselonada yaşayır, 2005-ci ildə İspaniya vətəndaşlığı alıb.

Digər xəbərlər