AQOLLİ: "MƏQSƏDİMİZ ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİNƏ DÜŞMƏKDİR"

AQOLLİ: "MƏQSƏDİMİZ ÇEMPİONLAR LİQASININ QRUP MƏRHƏLƏSİNƏ DÜŞMƏKDİR"
Futbol
02 İyun 2016 - 19:46
Albaniya milli komandasının müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu millisinin AVRO-2016-dakı şanslarını dəyərləndirib:

"Əgər "Avro-2016"nın qrupunda seçmə mərhələdəki kimi oynasaq, yaxşı nəticə qazanacağıq. Çünkü yığmanın heyətində böyük dəyişiklik olmayıb".

"Qarabağ" barədə də danışan təcrübəli müdafiəçi Ağdam təmsilçisi ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istədiyini bildirib:  "Avropa çempionatından sonra bütün diqqətimi "Qarabağ"a yönəldəcəm. Bizi Çempionlar Liqasında çətin mübarizə gözləyir. Komanda ilə 1 illik müqaviləm var və hazırda gələcəyimi bu komandada görürəm. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır".

 

Digər xəbərlər