"BARSELONA"DAN ARDA TURAN QƏRARI

"BARSELONA"DAN ARDA TURAN QƏRARI
Futbol
02 İyun 2016 - 19:19
"Barselona"nın yarımmüdafiəçisi Arda Turanın taleyinə aydınlıq gəlib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, türkiyəli futbolçu gələn mövsüm də Kataloniya klubunun formasını geyinəcək.

Bunu İspaniya təmsilçisinin idman direktoru Robert Fernandes deyib. O bildirib ki, Ardadan komandanın aparıcı simalarından birinə çevrilməsini gözləyirlər:

"Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı".

 

Qeyd edək ki, ötən ilin yayında “Atletiko”dan “Barselona”ya transfer edilən Arda Turanın klubla müqavilə müddəti 2020-ci ilə qədərdi.

Digər xəbərlər