"DÜNYADA ƏN SÜRƏTLİ KÜÇƏ TREKİ BAKIDADIR"

"DÜNYADA ƏN SÜRƏTLİ KÜÇƏ TREKİ BAKIDADIR"
Formula-1
01 İyun 2016 - 21:51
Azərbaycan tarixində ilk dəfə olaraq iyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə hazırlaşır.

Supersport.Az-ın eturbonews.com-a istinadən məlumatına görə, dünya üzrə milyonlarla azarkeş televizor ekranları qarşısında Bakının tarixi mərkəzinin gözəlliyini görə biləcəklər.

Qarşıdakı Qran-prinin rəsmi səfiri olan Fernando Alonso bildirib ki, Bakıda keçiriləcək yarış heyrətamiz tras və maraqlı teleşou kimi iki vacib faktoru özündə birləşdirir:

"Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə trasında saatda 300 kilometdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və qeyri-adi şou olacaq".

Digər xəbərlər