TÜRKİYƏ YIĞMASINDA DOPİNQ YOXLAMASI

TÜRKİYƏ YIĞMASINDA DOPİNQ YOXLAMASI
Futbol
01 İyun 2016 - 21:20

Supersport.Az-ın məlumatına görə, UEFA, Antalyada hazırlıq keçən Türkiyə yığma komandasını dopinq nəzarətindən keçirib.


Qitə qurumu nümayəndələri üç saat müddətində 10 futbolçudan analizlər götürüb.


UEFA təmsilçiləri Avropa çempionatına hazırlıq müddətində və yarış zamanı futbolçuları dopinq nəzarətindən keçirə biləcəyini xatırladıb, federasiya rəsmilərinə işbirliyi və peşəkar yanaşdıqları üçün təşəkkür edib.

Digər xəbərlər