PEŞƏKAR BOKSÇULARA OLİMPİADA YOLU AÇILDI

PEŞƏKAR BOKSÇULARA OLİMPİADA YOLU AÇILDI
Boks
01 İyun 2016 - 20:10
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyası peşəkar boksçuların olimpiadada iştirakına icazə verib.

AIBA-nın İsveçrənin Lozanna şəhərində keçirilən fövləqadə konqresində belə qərar qəbul olunub.

Buna görə də Venesualeanın ev sahibliyində 3-8 iyulda təşkil olunacaq olimpiya lisenziyalı turnirdə peşəkar boksçular da yer ala biləcək.

Bu yarışda uğur qazanacaq 26 boksçu, 5-21 avqustda Braziliyada keçiriləcək Olimpiadada iştirak hüququ əldə edəcək.

Digər xəbərlər