PELE MÜKAFATLARINI SATIR

PELE MÜKAFATLARINI SATIR
Futbol
31 May 2016 - 22:20
75 yaşlı Braziliya futbolçusu Pele 60 illik karyerası ərzində qazandığı bütün mükafat və xatirə hədiyyələrini hərraca çıxaracaq.

Supersport.Az xəbər verir ki, satışa mükafatlar arasında 100-200 min dollar həcmində qiymətləndirilən dünya çempionatının (1958, 1962, 1970) 3 qızıl medalı, həmçinin XX əsrin ən yaxşı futbolçusu üçün hazırlanmış, FİFA təsisçilərindən biri - “Jüli Rime” mükafatı da çıxarılıb. Bu mükafat digər 1500 lot arasında ən bahalısıdır, o, 400-600 min dollar arasında qiymətləndirilib.

Pele – Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, XX əsrin ən yaxşı futbolçusudur. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Əsrin idmançısı” elan edilib,  baxmayaraq ki, o heç bir zaman Olimpiya oyunlarında iştirak etməyib. Dünyada yeganə futbol üzrə üçqat dünya çempionudur.

Digər xəbərlər