RAMOSLA REYNALDO CƏZALANDI

RAMOSLA REYNALDO CƏZALANDI
Futbol
31 May 2016 - 15:06

AFFA İntizam Komitəsi bir sıra qərarlar verib.


25 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun “Qarabağ” – “Neftçi” matçının 120-ci dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Eric Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəza verilib, klub 2000 manat cərimə olunub.


Digər xəbərlər