SKARLATAKE "İNTER"DƏ

SKARLATAKE "İNTER"DƏ
Futbol
30 May 2016 - 22:21
Bakının “İnter” klubu daha bir transferi gerçəkləşdirib.

Supersport.Az-ın məlumatına görə, rumıniyalı futbolçu Adrian Skarlatake ilə müqavilə imzalanıb.

29 yaşlı müdafiəçi 1 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, 2011-2015-ci illərdə “Xəzər Lənkəran”ın şərəfini qorumuş  futbolçu  “Astra” ilə çempion olub.

"İnter" buna qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Məmməd Quliyevi heyətinə cəlb edib.

Digər xəbərlər