MEYDANA İLDIRIM DÜŞDÜ: İKİ NƏFƏR ÖLÜMDƏN XİLAS EDİLDİ

MEYDANA İLDIRIM DÜŞDÜ: İKİ NƏFƏR ÖLÜMDƏN XİLAS EDİLDİ
Futbol
30 May 2016 - 17:28
Supersport.Az-ın məlumatına görə, Almaniyada futbol zamanı meydana ildırım düşüb.

Frankfurt şəhərinin 120 kilometr məsafəsində yerləşən Hoppştadten qəsəbəsində top oynayanlar təhlükə ilə üzləşiblər. İldırım zamanı 35 nəfər xəsarət alıb, onlardan 29-u uşaqdır. Üç nəfərin vəziyyətinin ciddi olduğu bildirilir.

İldırım düşən zaman ürəyi dayanan matçın 45 yaşındakı hakim, bir tamaşaçı həkimin müdaxiləsi ilə həyata qaytarılıb.

 

Digər xəbərlər