UEFA SUPERKUBOKU NORVEÇDƏ

UEFA SUPERKUBOKU NORVEÇDƏ
Futbol
30 May 2016 - 10:21


Çempionlar Liqasının qalibi "Real Madrid" və Avropa Liqasının kubokunun qazanan "Sevilya" komandaları arasında keçiriləcək UEFA Superkubokunun məkanı və başlama vaxtı müəyyənləşib.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, qarşılaşma  avqustun 9-u, Norveçin Tronxeym şəhərinin "Lerkandel" stadionunda oynanılacaq.

Qeyd edək ki, 1947-ci ildə tikilən "Lerkandel" stadionu 21 min 850  tamaşaçı tutumuna malikdir.

Digər xəbərlər