"QARABAĞ"IN QOLKİPERİ OYNAMADI, BOSNİYA UDUZDU

"QARABAĞ"IN QOLKİPERİ OYNAMADI, BOSNİYA UDUZDU
Futbol
29 May 2016 - 23:45
Supersport.Az-ın məlumatına görə, Avro-2016-da Türkiyənin rəqiblərindən olan İspaniya yoldaşlıq oyununda Bosniya və Herseqovinanı sınağa çəkib.

İsveçrədə baş tutan qarşılaşmanın ilk hissəsin qapılara 3 qol vurulub.

İspanlardan 11. və 18-ci dəqiqələrdə Nolito dubl edib. Bosniyalı Emir Shapiç 30-cu dəqiqədə fərqi azaldıb. Matçın isveçrəli hakimi Stefan Klossner, 45-ci dəqiqədə Spahiçə qırmızı vərəqə göstərib. İspaniya fasiləyə öndə yolanıb.

İkinci hissədə azlıqda qalan rəqibi qarşısında üstünlüyünü qoruyan İspaniya, 90+5-də Pedronun qolu ilə hesabı 3:1-ə çatdırıb. Bosniyanın heyətində "Qarabağ"ın qolkiperi İbrahim Şehiç meydana buraxılmayıb, qapını "Çelsi"nin üzvü Asmer Beqoviç qoruyub.

Xatırladaq ki, İspaniya, Avro-2016-da Türkiyə, Xorvatiya və Çex Respublikası ilə eyni qrupda yer alıb.

Digər xəbərlər