SLOVAKLAR "ALMAN MAŞINI"NI ƏZDİ

SLOVAKLAR "ALMAN MAŞINI"NI ƏZDİ
Futbol
29 May 2016 - 23:27
Supersport.Az-ın məlumatına görə, Fransada keçiriləcək Avropa çempionatı ərəfəsində yoldaşlıq oyunu keçirən almanlar öz meydanında məğlub olublar.

Almaniya Slovakiya yığması ilə bacarmayıb.

Augsburg WWK Arena-da 22 min 100 tamaşaçının izlədiyi qarşılaşmada hesabı 13-cü dəqiqədə "Beşiktaş"lı Mario Qomes penaltidən açıb. Slovakiya bu qola 41. dəqiqədə Marek Hamşik və 44. dəqiqədə Mixal Duris ilə cavab verib.

İkinci hissənin 53-cü dəqiqəsində Juray Kuçka künc zərbəsindən sonra komdasına 3:1 hesablı qələbə qazandırıb.

Qomesin 45 dəqiqə meydanda olduğu müddətdə, Almaniya yığmasının heyətində Coşua Kimmix, Julian Veygil və Julian Brandt debüt edib.

Qarşılaşmanın belçikalı hakimi Serge Guminni ikinci hissədə güclü yağış səbəbindən 40 dəqiqə fasilədən sonra oyunu başlayıb. Meydançanın sulu olması hər iki komandaya problem yaradıb.

Digər xəbərlər