ROBERT PROSİNEÇKİ: "BU, MƏĞLUBİYYƏTƏ BƏRAƏT OLA BİLMƏZ"

ROBERT PROSİNEÇKİ: "BU, MƏĞLUBİYYƏTƏ BƏRAƏT OLA BİLMƏZ"
Futbol
29 May 2016 - 22:46
Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Makedoniya ilə yoldaşlıq oyununda məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib.
"İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. İkinci hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə bəraət ola bilməz" - deyə, xorvat mütəxəssis söyləyib.

Digər xəbərlər