FATİH TERİM: "ARDA SAHİBSİZ DEYİL"

FATİH TERİM: "ARDA SAHİBSİZ DEYİL"
Futbol
29 May 2016 - 18:41
Supersport.Az-ın məlumatına görə, Türkiyə seçmə komandasının baş məşqçisi Fatih Terim İspaniya mətbuatına ismarıc göndərib.

Təcrübəli mütəxəssis yığmanın kapitanı və "Barselona"nın üzvü Arda Turanın tənqid olunmasına münasibət bildirib:

"Arda sahibsiz deyil. O, orada oynamasa belə, mən onu milli komandaya dəvət edərəm. Arda "Barselona"da bir ulduzdur. İspaniya mətbuatı əsassız olaraq onu sərt tənqid etdi. Heç olmasa, özümüz ona sahib çıxaq. Ardaya əzab yaşatmağa haqqımız yoxdur. "Barselona"da 6 ay məlum səbəbdən oynamasa da, mən bütün vacib oyunlarda meydana buraxdım".

Digər xəbərlər