MAKEDONİYA MİLLİMİZİ 3 QOLLA MƏĞLUB ETDİ

MAKEDONİYA MİLLİMİZİ 3 QOLLA MƏĞLUB ETDİ
Futbol
29 May 2016 - 21:11
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan seçmə komandası bu gün yoldaşlıq oyunu keçirib.

Bad Erlach stadionunda Makedoniya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu penalti zərbəsindən Əfran İsmayılov vurub.

19:00 Azərbaycan - Makedoniya 1-3

Baş hakim: Markus Hameter (Avstriya)

Baş hakimin köməkçiləri: Rolan Braunşmidt, Maksimilian Kolbitş

Dördüncü hakim: Manuel Şüttenqruber

Azərbaycan milli komandası meydana aşağıdakı start heyətlə çıxıb:

23. Səlahət Ağayev
2. Qara Qarayev
3. Məhəmməd Mirzəbəyov
5. Maksim Medvedev
6. Bədavi Hüseynov
7. Araz Abdullayev
11. Ruslan Qurbanov
13. Dmitri Nazarov
14. Rəşad Sadıqov (k)
17. Rəhman Hacıyev
22. Əfran İsmayılov

Ehtiyat oyunçular:
1. Kamran Ağayev
12. Anar Nəzirov
4. Pavlo Paşayev
10. Elvin Məmmədov
15. Ruslan Abışov
16. Tərlan Quliyev
18. Ağabala Ramazanov
19. Rəşad Eyyubov
20. Ufuk Budaq
21. Murad Səttarlı
24. Amil Yunanov
25. Adil Nağıyev
28. Coşqun Diniyev

Digər xəbərlər