Zidan tarixə düşdü

Zidan tarixə düşdü
Futbol
29 May 2016 - 03:33
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qalibləri sırasına həm futbolçu, həm də məşqçi olaraq daha bir şəxs daxil olub.

Söhbət "Real Madrid"in əsas çalışdırıcısı Zinəddin Zidandan gedir.

Futbolçu kimi 2002-ci ildə Çempionlar Liqası Kubokuna sahib çıxan Zidan, bu dəfə məşqçi kimi bu müvəffəqiyyəti qazanıb.

Fransız Zidan, ispan Migel Munos, Xosep Qvardiola, italiyalı Covanni Trapattoni, Karlo Ançelotti, niderlandlı Johan Kruyff və Frank Raykaarddan sonra baş məşqçi olaraq bunu bacaran 7-ci ad olub.

"Real Madrid", 2014-də olduğu kimi bu dəfə də "Atletiko"nu məğlub edib. İki il əvvəl Portuqaliyada oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmış, əlavə vaxtda "Real" 4:1 hesablı qələbə qazanmışdı.

 

Digər xəbərlər