"REAL MADRİD" 11-Cİ DƏFƏ ÇEMPİONLAR LİQASININ QALİBİ OLDU

"REAL MADRİD" 11-Cİ DƏFƏ ÇEMPİONLAR LİQASININ QALİBİ OLDU
Futbol
29 May 2016 - 01:40


Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin qalibi məlum olub.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  - “Real” və “Atletiko” üz-üzə gəlib.

“San-Siro”da keçirilən Madird derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilirdi.

Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi. Buna görə də Dieqo Simeonenin komandasının həm də revanş oyununa çıxacağını demək olardı.

Final oyununa gəlincə, oyunun əsas və əlavə vaxtı sülhlə bitib. Buna görə də penaltilər seriyasından istifadə olunub.

"Real Madrid" daha dəqiq zərbələr vuraraq 11-ci dəfə Çempionıar Liqasının qalibi olub.

28 may

Çempionlar Liqası, final

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 1:1 (penaltilər seriyası - 5:3)


Qollar: Serxio Ramos, 15 - Karrasko, 79

Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollini
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu

Digər xəbərlər