AZƏRBAYCAN RİO OLİMPİADASINA NÖVBƏTİ LİSENZİYASINI QAZANDI

AZƏRBAYCAN RİO OLİMPİADASINA NÖVBƏTİ LİSENZİYASINI QAZANDI
Digər
29 May 2016 - 00:02
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb. Supersport.Az xəbər verir ki, Olqa Senyuk ölkəmizi Rio-2016-da oxatma yarışında təmsil edəcək.

Belə ki, bu yaxınlarda İngiltərədə keçirilən Avropa çempionatında 25 yaşlı idmançımız bu hüquqa yiyələnib. Qitə birinciliyinin ilk mərhələsində Senyuk və Yaylagül Ramazanova mübarizəni dayandırıb. Daha sonra yarışdan erkən kənarda qalanlar 3 lisenziya uğrunda qüvvəsini sınayıb. Ramazanova startda moldovalı Aleksandra Mirkaya uduzub - 2:6. Ancaq Olqa isveçrəli Natali Dielen (7:1), sloveniyalı Ana Umer (6:5) və isveçrəli Valentin de Giuli (7:1) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Oxatanımız türk Yasemin Anagözə (0:6) məğlub olsa da, belaruslu Anna Marusovaya (6:2) qalib gələrək 3-cü yeri tutub və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bununla da Senyuk ölkə idman tarixinə adını yazdırıb. Belə ki, buna qədər Olimpiadalarda bu idman növündə təmsil olunmamışıq.

Digər xəbərlər