ARDA TURAN: "MƏN ULDUZ DEYİLƏM"

ARDA TURAN: "MƏN ULDUZ DEYİLƏM"
Futbol
29 May 2016 - 03:01
Supersport.Az-ın məlumatıma görə, Avropa çempionatının final mərhələsi ərəfəsində Türkiyə yığmasının kapitanı Arda Turan maraqlı fikirlər bildirib.

"Biz heç bir komandadan çəkinmir, rəqiblərə hörmətlə yanaşırıq. İstənilən yığmanı məğlub edə bilərik. Ölkəmizin qürur duyacağı bir futbol oynayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik və nəticəsini görəcəyik. 2008-ci ildə saniyələrlə finalı itirdik. Bəlkə də Avropa çempionu ola bilərdik. Yenə sona qədər belə xəyallar qururuq. Ancaq çətin bir qrupdayıq. Rəqiblərimiz bizdən daha yaxşı səviyyədədir. Bununla belə sona qədər mübarizə aparacağıq. Komandamızda mühit əladır, qələbə istəyi güclüdür. Futbolçular ölkənin formasının dəyərini bilirlər. Hamımızı qarşıda çətin sınaq gözləyir".

Təcrübəli futbolçu özünü ulduz hesab etmədiyini söyləyib:

"Milli komandada özümü əla hiss edirəm. İspaniyada çox yaxşı bir mövsüm keçirdiyimi düşünürəm. Altı ay forma geyə bilməyən bir futbolçu üçün "Barselona"da bu qədər oyunda iştirak asan deyil. İspaniya mətbuatında bəzi fikirlər səslənir. Ancaq bildirim ki, çox yaxşı vəziyyətdəyəm. Mən nə ulduzam, nə də ona namizəd. Yalnız Türkiyə milli komandası üçün əlimdən gələni edəcək bir futbolçuyam".

Arda Turan, "Barselona"da komanda yoldaşlarıyla Avro-2016 haqda danışdıqlarını vurğulayıb:

"Hər gün zarafatlaşırıq. Hətta ispanlar mənə uğur arzulayanda Rakitiç, "Çox uğur arzulamayın" deyir. Ən əsası ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməkdir. Ümid edirəm ki, qrup turnirinin sonunda sevinən tərəf biz olacağıq".

 

Digər xəbərlər