BEYNƏLXALQ TURNİRƏ HAZIRLIQ MÜZAKİRƏ OLUNDU

BEYNƏLXALQ TURNİRƏ HAZIRLIQ MÜZAKİRƏ OLUNDU
Digər
28 May 2016 - 19:22
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 4-5 iyun tarixlərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVIII  Beynəlxalq Bakı turnirinin keçirilməsi ilə bağlı iclas baş tutub.

İclasda Baş İdarənin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, beynəlxalq turnirin baş hakimi Valeh Valehi və digər adiyyatı şəxslər turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.

 

Digər xəbərlər