TÜRKİYƏ YIĞMASI AVROPA ÇEMPİONATINDA XÜSUSİ QORUNACAQ

TÜRKİYƏ YIĞMASI AVROPA ÇEMPİONATINDA XÜSUSİ QORUNACAQ
Futbol
28 May 2016 - 17:52
Supersport.Az-ın məlumatına görə, Fransada təşkil olunacaq Avropa çempionatında Türkiyə yığmasının mühafizə olunmasına xüsusi diqqət yetiriləcək.

Qardaş ölkənin futbolçularını 26 türk polisi qoruyacaq. Türkiyə yığmasının oyunlarından əvvəl onlar təhlükəsizliyin vəziyyəti ilə maraqlanacaq və fransızlara məsləhət verəcək.

Avropa çempionatına 10 iyunda Fransa - Rumıniya qarşılaşması ilə start veriləcək.

"D" qrupunda yer alan Türkiyə, iyunun 12-də Parisdəki 45 min yerlik "Parc des Princes" stadionunda Bakı vaxtıilə saat 17:00-da üz-üzə gələcək.

Türklər çempionatda ikinci oyununu Fransanın cənubunda yerləşən Nitsa şəhərində keçirəcək. İyunun 17-də Bakı vaxtıilə 23:00-da Türkiyə, Avropa və dünya çempionu İspaniya ilə qarşılaşacaq.

"Ay ulduzlular", qrupdakı son matçını Lans şəhərində çexlərə qarşı keçirəcək. Oyun Bakı vaxtıilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər