MESSİ HƏBS OLUNA BİLƏR 

MESSİ HƏBS OLUNA BİLƏR 
Futbol
28 May 2016 - 12:17
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzu həbs oluna bilər.

"Barselona"nın lideri Lionel Messi İspaniyada vergidən yayınmaqda günahlandırılır. Argentinalı futbolcuya 22 ay müddətinə həbs istənilir.

Futbolçu, 2007-2009-ci illərdə reklam gəlirləri zamanı 4.1 milyon avronu vergidən yayındırmaqda ittiham olunur.

Mayın 31-də Messi, atası və meneceri Xorxe Orasionun Kataloniya Ali Məhkəməsində işi başlayacaq. Argentinalı futbolçu 2 iyunda məhkəmədə ifadə verməlidir.

Bundan əvvəl vergidən yayındığı ittihamını qəbul edən Messi və atası 5 milyon avro ödəmişdi.

Argentinalı futbolçunun atasına 18, Messi və Xorxe Orasioya 22 ay həbs cəzası istənilir.

Digər xəbərlər