"İNTER"DƏN 8-Cİ TRANSFER

"İNTER"DƏN 8-Cİ TRANSFER
Futbol
27 May 2016 - 20:59


Transfer dönəminin ən fəal komandası olan “İnter” heyətini gücləndirməkdə davam edir. Supersport.Az saytının məlumatına görə, “bankirlər” təcrübəli oyunçularla yanaşı, gənc futbolçuları da heyətinə cəlb etməklə məşğuldu.

Yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Adrian Skarlatake ilə anlaşan bakılıların növbəti transferi “Rəvan”dan olub.

Premyer Liqada qalıb-qalmayacağı, hətta fəaliyyətini davam etdirib-etdirməyəcəyi bəlli olmayan “Rəvan”ın gən üzvü Məmməd Quliyev gələn mövsüm “İnter”in formasını geyinəcək. 20 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Məmməd Quliyev geridə qalan mövsümdə “Rəvan”ın heyətində 25 oyun keçirib, aktivinə 1 qol yazdırıb.

Digər xəbərlər