FİFA-DAN PROSİNEÇKİNİN HƏMVƏTƏNLƏRİNƏ CƏZA

FİFA-DAN PROSİNEÇKİNİN HƏMVƏTƏNLƏRİNƏ CƏZA
Futbol
27 May 2016 - 20:56
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq futbol qurumu Xorvatiyanı cəzalandırıb.

Buna səbəb xorvat azarkeşlərin mart ayında İsrail və Macarıstan ilə yoldaşlıq oyunlarında irqçi şüarlar səsləndirməsidir.

FİFA-nın cəzasına əsasən, Dünya Kuboku-2018-in seçmə mərhələsinin I qrupunda Xorvatiya 5 sentyabrda Türkiyə və 12 noyabrda İslandiyanı qəbul edəcəyi oyunları azarkeşsiz keçirəcək.

Bundan başqa, Xorvatiya Futbol Federasiyası 150 min İsveçrə frankı cərimə olunub.

Digər xəbərlər