KAYAK VƏ KANOEÇİLƏRİMİZ DÜNYA KUBOKUNDA MÜBARİZƏYƏ BAŞLAYIR

KAYAK VƏ KANOEÇİLƏRİMİZ DÜNYA KUBOKUNDA MÜBARİZƏYƏ BAŞLAYIR
Digər, Kayak - Kanoe
27 May 2016 - 20:44
Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə II Dünya Kubokuna start verilib. Supersport.Az xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 3 idmançı təmsil edir.

Kanoeçilərdən Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Nikita Sablin isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə iştirak edəcək.

Yeganə kayakçı İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, I Dünya Kubokunda Azərbaycan yığması 2 medal qazanıb. Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə qızıl medala yiyələnib.

Digər xəbərlər