"MİLAN"IN SATILACAĞI TƏSDİQLƏNDİ

"MİLAN"IN SATILACAĞI TƏSDİQLƏNDİ
Futbol, Güləş
27 May 2016 - 22:33
Supersport.Az-ın məlumatına görə, "Milan" satışa çıxarılıb.

Bu xəbəri İtaliya klubunun sahibi və prezidenti Silvio Berluskoni təsdiq edib.

"Milan"ın çinli milyardçılara satılacağı bildirilir.

1986-cı ildən sahibi olduğu klub haqda danışan 79 yaşlı Berluskoni deyib:

"30 ilin ardından "Milan" dəyişiklik etməyin vaxtı gəldiyini düşünürəm. Ancaq komandanı İtaliya və dünyada böyük uğurlar qazandıra biləcək bir şəxsə vermək istəyirəm".

Berluskoninin 30 illik rəhbərliyi dövründə "Milan" İtaliyanın Avrokuboklarda ən uğurlu təmsilçisi olub. Milan klubu son illər zəif çıxış edir.

İtaliya mətbuatının məlumatına görə, "Milan"ın çinli iş adamlarına satışı istiqamətində danışıqlar davam etdirilir.

"Milan"ın prezidenti, "Roma"nın əfsanəvi kapitanı Françesko Totti ilə müqaviləni artırmasını doğru qərar kimi dəyərləndirib, 39 yaşlı futbolçunun gələcəkdə Roma klubunun idarəçiliyndə çalışmasının vacibliyini qeyd edib.

 

 

Digər xəbərlər