İLK TURDA SÜLH

İLK TURDA SÜLH
Şahmat, Digər
27 May 2016 - 00:05
Məşhur şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” super turnirinin mayın 26-da keçirilən birinci turunun bütün partiyalarında heç-heçə qeydə alınıb.

Supersport.Az xəbər verir ki, şahmatçımız Rauf Məmmədov ilk turda hollandiyalı Aniş Giri ilə sülh bağlayıb. Digər şahmatçımız Teymur Rəcəbov çinli Hou Yifan ilə xallarını yarı bölüb. Dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakinə rəqib olan Şəhriyar Məmmədyarov oyundan 0,5 xalla ayrılıb. Daha bir təmsilçimiz Eltac Səfərli ukraynalı Pavel Elyanovun müqavimətini qıra bilməyib. ABŞ təmsilçisi Fabiano Karuananın Hindistan şahmatçısı Pentala Harikrişna ilə görüşü də heç-heçə başa çatıb.

Turnirin ikinci turu mayın 27-də oynanılacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən turnir iyunun 4-də başa çatacaq. Qalib dairəvi sistem üzrə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək.

Digər xəbərlər