"KƏPƏZ"DƏN NÖVBƏTİ TRANSFER

"KƏPƏZ"DƏN NÖVBƏTİ TRANSFER
Futbol
27 May 2016 - 00:00
Avropa Liqasında iştirak etmək hüququ qazanan “Kəpəz” ikinci transferini gerçəkləşdirib.Supersport.Az saytının məlumatına görə, Gəncə təmsilçisi yenə “Xəzər Lənkəran”ın futbolçusu ilə güclənib. Belə ki, bir neçə gün öncə Tural Qürbətovla razılığa gələn “sarı-göylər” bu dəfə Vüqar Bəybalayevi rənglərinə bağlayıblar. “Xəzər Lənkəran” gənc yarımmüdafiəçini heyətində saxlamaq istəsə də, buna nail olmayıb. Bəybalayev qarşıdakı mövsümdə “Kəpəz”in uğurları üçün çalışacaq.

 

Digər xəbərlər