"QARABAĞ"DA 3 YENİ MÜQAVİLƏ

"QARABAĞ"DA 3 YENİ MÜQAVİLƏ
Futbol
26 May 2016 - 18:11
Ölkə çempionu və kubokun sahibi olmaqla "qızıl dubl" edən "Qarabağ" 3 futbolçusu ilə bağlı qərar verib.

Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi müqaviləsi başa çatan futbolçularla yeni müqavilə imzalayıb. Belə ki, Ansi Aqolli, İlqar Qurbanov və Muarem Muaremlə daha bir il "Qarabağ"ın şərəfini qoruyacaq.

 

Digər xəbərlər