HİMNİMİZLƏ BAĞLI MÜSABİQƏ KEÇİRİLDİ

HİMNİMİZLƏ BAĞLI MÜSABİQƏ KEÇİRİLDİ
Digər
26 May 2016 - 12:11
Suraxanı Gənclər Evində "28 may - Respublika günü"nə həsr olunmuş Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikası Dövlət Himninin sözlərindən ibarət qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Dövlət Himninin sözlərinin şagirdlər arasında geniş təblig edilməsi, "28 may - Respublika günü”nün qeyd edilməsi, istedadlı gənclərin şeir ifası sahəsində öz istedadlarını nümayiş etdirməsi üçün şəraitin yaradılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin, milli vətənpərvərlik ruhunun gücləndirilməsi, ədəbiyyat sahəsində istedadlı gənclərin üzə çıxarılmasından ibarət idi.

Nəticələrə gorə I yerə 7-11 yaş qrupu arasında 76 saylı məktəbin şagirdi Aliyə Həsənova ,12-14 yaş qrupu arasında 140 saylı məktəbin şagirdi Xanım Məcidova, 15-17 yaş qrupu arasında 97 saylı orta məktəbin şagirdi Pərixanım Məmmədli layiq görülmüşdür.     I, II və III yerləri tutmuş şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə ilə təltif olunublar.

Digər xəbərlər