TÜRKİYƏ KUBOKU "QALATASARAY"IN: 50 İLDƏ ARDICIL 3 DƏFƏ

TÜRKİYƏ KUBOKU "QALATASARAY"IN: 50 İLDƏ ARDICIL 3 DƏFƏ
Futbol
27 May 2016 - 00:20


Bu gün Türkiyə kubokunun final oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, həlledici görüşdə "Qalatasaray" və "Fənərbağça" komandaları üz-üzə gəlib.

Türkiyə Superliqasında çempionluğu əldən verən "Fənərbağça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışıb.

"Qalatasaray" da qələbə qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi. Bu komanda qalib gələrək son 50 ildə ardıcıl üç dəfə Türkiyə Kubokunu qazanan ilk klub olub.

26 may

Türkiyə kuboku, final

22:15. "Qalatasaray" - "Fənərbağça" 1-0


Qol: Lukaş Podolski 31

Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel və Esat Sancaktar
Antalya stadionu.

Digər xəbərlər