"Qurban Qurbanova ulduz futbolçu almağa almağa yaşıl işıq yandırılıb" - Video

Futbol, Video
26 May 2016 - 09:13

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirilən oyundan (1:0) sonra sualları cavablandırıb.

- Qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz...

- Doğrudan da, axıra qədər çox maraqlı oyun oldu. “Neftçi” çox müdafiəyə meyilli, qapalı oyun oynadı. Sona qədər həyəcan var idi. Əlbəttə, iki dəfə “qızıl dubl” etmək “Qarabağ” üçün böyük şərəfdir. Ümid edirəm ki, Avropada da Azərbaycanımızı, gözəl ölkəmizi, “Qarabağ”ımızı, Qarabağla bağlı olan haqlı davamızı layiqincə təmsil edəcəyik.

- Çoxlu qol epizodundan yararlana bilmədiniz…

- Çox epizodlar oldu. Mən 7 epizod saydım. Amma “Neftçi” tamamilə müdafiə olundu. Onlar qapalı oynadığından bizim üçün çox çətin oldu. Sanki meydanda divar qurmuşdular. Həmin epizodlardan yaxşı istifadə edə bilmədik. “Neftçi” də çox böyük, güclü komandadı. Onlara qalib gəlmək də həmişə çətindi. “Qarabağ”ı da, “Neftçi”ni də təbrik edirəm.

- Matçın penaltilər seriyasına gedəcəyini fikirləşdinizmi?

- Artıq penaltilərə hazırlaşırdıq... Rəqib qapıçı, Aqil Məmmədovu da təbrik edirəm. Həqiqətən də gözəl qurtarışları oldu. Amma Migelin qolu çox möhtəşəm, “Qarabağ”a yaraşan idi.

- Hakimliklə bağlı fikirləriniz necədi?

- Penaltiyə yaxın bir epizod vardı, amma dəqiq görə bilmədim. Deyərdim ki, hakimlik də normal idi. “Neftçi”də oyunu gecikdirməklə bağlı çox məqamlar oldu. Özlərini yerə atdılar. Amma həqiqətən də bilmək olmur ki, o zədəlidi, ya yox. Amma hakimliklə bağlı nəsə şikayətim yoxdu.

- Əvvəl bildirmişdiniz ki, “Neftçi” ilə “Qarabağ”ın dueli aslanların qarşılaşmasıdır. Sizcə, meydanda 11 aslan vardı, yoxsa 22?

- Sözsüz ki, 22. Oyun 120 dəqiqə davam etdi. Amma “Neftçi” bu gün müdafiə yönümlü oynadı. Ümidləri o idi ki, son anlarda nəsə etsinlər. Lakin axırda biz sevindik.

- Çempionluqdan sonra bildirmişdiniz ki, kubok Ağdama gedəcək. Yəqin ki, bu kuboku da apararsınız...

- Hələ yox, amma mütləq gedəcəyik. Komandayla, baş məşqçi ilə danışıb, mütləq gedəcəyik. Ən böyük arzum budu. Hətta arzum odur ki, gedək orada əsgərlərimizi də ruhlandıraq. Səfərin vaxtını müəyyənləşdirəcəyik.

- “Qarabağ”dan ulduz futbolçu transferi gözləmək olarmı?

- Düzdür, “Azərsun Holdinq" arxamızda dayanıb. Lakin üst səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onları yola gətirmək də asan proses deyil. Çünki yaxşı oyunçuları Avropada, Türkiyədə tələb edirlər. Onları buraya cəlb etmək asan deyil. Amma sponsor baş məşqçiyə yaşıl işıq yandırıb ki, lazım olsa, gətir.

Digər xəbərlər