POLİSLƏR "QARABAĞ" FANATLARINA VƏHŞİLİK ETDİ - FOTO

POLİSLƏR "QARABAĞ" FANATLARINA VƏHŞİLİK ETDİ - FOTO
Futbol
26 May 2016 - 02:47
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından sonra qalmaqal yaşanıb. Buna səbəb polisin fanatlara aqressiv davranışı olub.

Belə ki, mükafatlandırma mərasimindən sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İmarət" azad azarkeş qrupunun yer aldığı sektora gələrək, onlara forma atıb. Bu zaman isə tribunada hərəkətlilik yaranıb. Polis isə bunu həzm edə bilməyib. Nəticədə azarkeşləri tribunadan sıxışdırıb çıxardıb. Bu zaman Qaradağ rayonu Polis İdarəsinin əməkdaşları azarkeşlərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Bu isə fanatların ciddi narazılığına səbəb olub. Əvəzində isə polis bu dəfə dubinkadan istifadə edib. Nəticədə dili qatlanan, ayağı, əli sınan, xəstəxanalıq olan azarekşlər olub.


"İmarət" azarkeş qrupundan Fan-klubun yaralanan üzvləri 1 saylı şəhər xəstəxanasına və Nərimanovdakı 5 nömrəli xəstəxanaya çatdırılıb. Döyülən azarkeşlər arasında azyaşlı olanlar da var.

Hadisə "Qarabağ" rəhbərliyinin müdaxiləsindən sonra sakitləşdirilib.


fanat1fanat4fanat2

Digər xəbərlər