MAHİR MƏDƏTOV: "QURBAN QURBANOV İSTƏMİRDİ FİKRİM BAŞQA ŞEYLƏRƏ GETSİN"

MAHİR MƏDƏTOV: "QURBAN QURBANOV İSTƏMİRDİ FİKRİM BAŞQA ŞEYLƏRƏ GETSİN"
Futbol
26 May 2016 - 02:22
“Asan oyun olmadı. Lakin özümüz özümüzü çətinliyə saldıq. Çox qol epizodlarımız oldu. Mən də əlimə düşən qol fürsətlərin dəyərləndirsəydim, oyun başqa cür ola bilərdi”.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın kapitanı Mahir Mədətov Azərbaycan kubokunun finalında “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

Gənc hücumçu oyunun sonlarında artıq penaltilərə hazırlaşdıqlarını bildirib:“Neftçi”dən belə oyunu gözləyirdik. Daha çox müdafiədən oynayacaqlarını bilirdik. “Neftçi” böyük klubdur. Final təcrübələri də bizdən çoxdur. Biz penaltilərə hazırlaşırdıq. Lakin son anlarda ehtiyat skamyada hər kəs ayağa qalxıb hiss etdi ki, qol olacaq. Bu kuboku bütün komandamız qazandı. Ola bilər ki, son oyunlarda özümü yaxşı tərəfdən göstərdim, qollar vurdum. Yenə də bu bəs etmir. Tam formada olsaydım, bugünü epizodları da dəyərləndirərdim. Hələ ki məndə  təcrübə çatmır. Biraz da öz üzərimdə çalışıb, “Qarabağ”a Avrokuboklarda kömək etmək istəyirəm”.


M.Mədətov bir müddət əvvəl baş məşqçisi Qurban Qurbanovun ona mətbuata danışmağa qadağa qoymasına da münasibət bildirib: “Qurban Qurbanovun müsahibə verməyimə icazə verməməsinin xeyri oldu ki, bu gün əsas heyətdə oyuna çıxdım. Baş məşqçimiz istəmirdi fikrim başqa şeylərə getsin”.

Digər xəbərlər