RƏŞAD SADIQOV: "ÇEMPİON OLANDA BU QƏDƏR SEVİNMƏMİŞDİK"

RƏŞAD SADIQOV: "ÇEMPİON OLANDA BU QƏDƏR SEVİNMƏMİŞDİK"
Futbol
26 May 2016 - 01:23
Təəssüratlarım çox xoşdur. Çempion olanda bəlkə bu qədər sevinməmişdik".

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında belə deyib.

"Bu dəfə final idi və 120 dəqiqədə gərgin oyun getdi. Çox sevinirik ki, sonda qələbə qazandıq. Əsl finala layiq oyun oldu. Gərgin mübarizə getdi. Rəqib təslim olmaq istəmirdi. Çoxsaylı hücumlar etdik, çoxsaylı qol epizodlarımız oldu. "Neftçi"nin qapıçısı Aqil Məmmədov möhtəşəm durdu. Sarı, qırmızı vərəqələr oldu. Bir sözlə, əsl derbiyə layiq oldu. "Neftçi” – "Qarabağ” dueli həmişə maraqlı, gərgin keçir".

Digər xəbərlər