"QARABAĞ"DAN "QIZIL DUBL"

"QARABAĞ"DAN "QIZIL DUBL"
Futbol
25 May 2016 - 22:30
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Kubokunda 2015-2016-cı illər mövsümünün final oyunu keçirilib. Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə həlledici qarşılaşmada çempion "Qarabağ"la "Neftçi" üz-üzə gəlib. Oyunun əsas vaxtı o-0 başa çatıb, əlavə vaxtda bir qol vuran Ağdam klubu qalib gəlib. "Qarabağ" mövsümü həm çempion, həm də kuboku qazanıb.

25 may (çərşənbə)

20:00 "Qarabağ" - "Neftçi" 1-0 

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu

Peşəkar Futbol Liqasının rəsmi internet saytı ölkə kuboku tarixində ən çox qarşılaşan bu cütün yarışdakı əvvəlki duellərinin balansını təqdim edir.

Azərbaycan kuboku

Final

25 may

18. "Qarabağ" - "Neftçi" - 18 oyun, +8=5-5, top fərqi 15:16

Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə "Qarabağ", 4 dəfə "Neftçi" mərhələdə qalib gəlib. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.

 
































































1993



1/4 final


Qarabağ (Ağdam) - Neftçi (Bakı)*2:1, 0:0

1993/94



1/4 final


Qarabağ (Ağdam) - Neftçi (Bakı)**+:-, +:-

1995/96



final


Neftçi (Bakı) - Qarabağ (Ağdam)***3:0

1996/97



1/4 final


Neftçi (Bakı) - Qarabağ (Ağdam)3:2, 0:1

1998/99



1/8 final


Neftçi (Bakı) - Qarabağ (Ağdam)2:0, 0:0

2005/06



1/2 final


Neftçi (Bakı) - Qarabağ (Ağdam)0:0, 0:1

2006/07



1/8 final


Qarabağ (Ağdam) - Neftçi (Bakı)1:2, 1:0

2008/09



1/4 final


Qarabağ (Ağdam) - Neftçi (Bakı)1:0, 0:0

2012/13



1/2 final


Neftçi (Bakı) - Qarabağ (Ağdam)2:1, 2:2

2014/15



final


Qarabağ (Ağdam) - Neftçi (Bakı)***3:1

* - qalib komanda fərqləndirilib.

** - “Neftçi” Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablansa da, top fərqində nəzərə alınmayıb.

*** - final oyunları neytral meydanda keçirilib.

 

Digər xəbərlər