42-Cİ DÜNYA ŞAHMAT OLİMPİADASININ BAŞLANMASINA 100 GÜN QALIB

42-Cİ DÜNYA ŞAHMAT OLİMPİADASININ BAŞLANMASINA 100 GÜN QALIB
Şahmat, Digər
24 May 2016 - 22:43
Mayın 24-də “Baku Crystal Hall”-da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib.

Supersport.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qarşıdakı Olimpiadanın Təşkilat Komitəsinin direktoru Mahir Məmmədov iştirak edib.

A.Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafında töhfələrdən danışıb, ölkənin indiki rəhbərliyinin Ulu Öndərin kursuna sadiqliyini vurğulayıb. Qeyd olunub ki, yarışlarda 180-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt həm də ölkəmi yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözlərinə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həll üçün böyük işlər görülüb.

K.İlyumjinov bildirib ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək. FİDE-nin prezidenti xatırladıb ki, 2008-ci ildə Azərbaycanda şahmatın inkişafına dair dövlət proqramı qəbul edilib, çoxlu turnirlər keçirilir, ixtisaslaşdırılmış məktəblər açılır. Bütün bunlar ölkə rəhbərliyinin idmanı, o cümlədən şahmatı əhali arasında populyarlaşdırma ilə ciddi şəkildə məşğul olduğunu nümayiş etdirir. K.İlyumjinov Olimpiadaya təşkilati hazırlığı yüksək qiymətləndirib və onun keçirilməsinə heç bir maneə olmadığını bildirib.

Milli Gimnastika Arenasının Olimpiadanın təntənəli açılış yeri təyin olunduğu bildirilib.

Tədbir iştirakçılarına yarışın maskotu, Musa Cəngiyevin “Chess Mate”i (“Şahmat oğlan”) təqdim edilib. Müəllifin sözlərinə görə, maskot gənc azərbaycanlı şahmatçının ümumiləşdirilmiş obrazını ehtiva edir. A.Rəhimov M.Cəngiyevə sertifikat və pul mükafatı təqdim edib.

Sonra Olimpiadanın başlamasına gerisayımın rəsmi hesablanmasına start verilib.

 

Digər xəbərlər